Jirinovskinin prezidentliyə namizədliyi rəsmən qeydə alındı

 

Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin prezidentliyə namizədliyi qeydə alınıb.

RİA “Novosti” xəbər verir ki, məlumatı Rusiyanın Mərkəzi Seçki Komissiyası yayıb.

V.Jirinovski ölkə prezidentliyinə namizədliyi rəsmən qeydiyyata alınan ilk siyasətçi olub.
Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının 31-ci qurultayında V.Jirinovskinin prezidentliyə namizədliyi irəli sürüb. Bununla da o, altıncı dəfə prezident seçkisində namizəd olub.

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkisi 2018-ci ilin martında keçiriləcək. /virtualaz.org/шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →