Borca görə atasını öldürən, anasını isə yaralayan şəxsin məhkəməsi başlayıb

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə, anasını isə yaralamaqda təqsirləndirilən Emin Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Pressaz.com-un "Report"a istinadən xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 30-na təyin edilib.

Qeyd edək ki, hadisə Xətai rayonun Əbilov küçəsi ev 18/12 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

Həmin zaman E.Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y. Sadıqova xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı E.Sadıqovun hadisəni törətməmişdən 6 ay əvvəl həbsdən çıxdığı məlum olub. Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilib.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →