Ronaldodan şok açıqlama: "Tarixin ən yaxşısı Messidi, mükafatı qaytarıram"

 

Kriştiano Ronaldo şok qərar verib. Pressaz.com xəbər verir ki, "Real"ın portuqaliyalı ulduzu bu il qazandığı "Ballon d'Or" mükafatını geri qaytarmaq istəyir.

İddialara görə, "Barselona"ya 0:3 hesabı ilə yenildikləri oyundan sonra paltardəyişə otağına girən Ronaldo komanda yoldaşlarına "Bu mükafatı haqq etmirəm və geri qaytaracam" deyib. 

Futbolçu daha sonra "France Football" nəşrinin rəhbərinə zəng edərək qərarını ona da bildirib: "Tarixin ən yaxşı olduğunu söylədim, amma dünya şahid oldu ki, ən yaxşı Messidi. Mükafatı geri qaytarmaq istəyirəm".

Bildirilir ki, "France Football" Ronaldonun bu sözlərinə "Həyatımda belə şey görmədim" deyərək reaksiya verib. Komanda yoldaşları, ailəsi və yaxın dostu Badr Hari onu bu qərarından döndərə bilməyib. 


//fanat.az//


шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →