"Onu xalamın evində görmüşəm" - Xalq artisti Xatunu biabır etdi - FOTO

  • 14:45 10 yanvar 2018
  • Şou
 

Bu gün "Səhər-Səhər" verilişinin qonağı olan Xatun Əliyeva etdiyi açıqlama ilə diqqətləri üzərinə çəkib.

Pressaz.com milli.az-a istinadla xəbər verir ki, verilişdə Xatuna ünvanlanan "Nazpəri xanım deyir ki, mən Xatunu tanımıram" sözlərini müğənni cavabsız qoymayıb:

"Nazpəri xanım, ola bilər, məni tanımır. Amma mən onu çox yaxşı tanıyıram. Nazpəri xanım mənim xalam, anamla bir ortamda olublar. Xalam tərəfdən uzaq qohumluğu çatır. O, məni istəmir tanımaq, mən ona heç nə deyə bilmərəm. Xalamın rəfiqəsi olub. Mən onu xalamın evində görmüşəm. Sənətkardır, məndən böyükdür, xalq artistidir. Vallah, mən onu tanıyıram".

Elgizin "Bəlkə sənətin onu qane etmir, oxumağın onun xoşuna gəlmir? Bəlkə hardasa hörmətsizlik etmisən?" sözlərinə Xatunun cavabı hər kəsi təəccübləndirib:

"Yox! Əslində, elə olub ki, bir məclis olub. Mən orada gəlib ifa etmişəm. Məclisi də o idarə edib. Orada məni təqdim etdilər. O, məni qoymadı oxumağa. İnanın Allaha ki, məni oxumağa qoymadı. Mikrofonu götürüb bəy-gəlini təbrik etdim. Sonra mənim musiqim getməli idi. Məni təqdim etdilər, mən oxumalı idim. Həmin an bir də gördüm ki, başqa bir musiqi çalındı və o, mikrofonu götürüb, oxumağa başladı. Hamı mənim oxumağımı gözləyirdi".

Qeyd edək ki, ötən ilin sonlarında "5/5" verilişində qonaq olan Nazpəri Dostəliyeva Xatunun mahnısı sələnərkən "Nəysə, nəysə...! Bunu keçək. Tanımadım, heç tanımaq da istəmirəm. Başqa müğənni varmı?" sözləri ilə reaksiya vermişdi.шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →