Qənirə Paşayeva: Atatürkün indi məzarda sümükləri sızlayır

 

Dədələrimizə atılan iftiraya dəstək verən biri dədələrimizin bizə əmanət etdiyi İstanbulda CHP (Türkiyənin “Cümhuriyyət Halk Partisi”) şəhər təşkilatı başqanı olur, dəhşətdir.

Pressaz.com oxu.az-a istinadla xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva bugünlərdə Türkiyənin “ana müxalifət” partiyası olan CHP-nin ən böyük - İstanbul şəhər təşkilatının başqanı seçilən və dərhal da Atatürkə həqarətinə, terrorçu HDP-çilərlə həmrəyliyinə, “Gəzi parkı” hadisələrində provakatorluğuna görə haqqında cinayət işi qaldırılan Canan Kaftancıoğlunun ermənilər tərəfindən dəstəklənməsinə münasibətini bildirərkən dilə gətirib.

Millət vəkili bu seçimi heç cür anlamadığını, burada məntiq görmədiyini bildirib:

“Bəzi məsələləri anlamıram. Ağıl, məntiq almır. Qatı millətçi, şovinist ermənilər bayram edir və uydurma “erməni soyqırımı” iddialarını dəstəkləyən qadın CHP İstanbul şəhər təşkilatı başqanı seçildi”, deyirlər. Ey Türk Millətinin övladları,  axı, bu, necə ola bilir? Atatürkün indi məzarda sümükləri sızlayır, nə deyim?! Görəcək günlərimiz varmış... Dədələrimizə atılan iftiraya dəstək verən biri dədələrimizin bizə əmanət etdiyi İstanbulda CHP şəhər təşkilatı başqanı olur. Bu an hiss etdiklərimi deməyə sözler belə aciz...”, - deyən millət vəkili sonra Kaftancıoğlu ilə bağlı erməni mətbuatında gedən yazını öz “Facebook” səhifəsində paylaşıb.

Qeyd edək ki, Kaftancıoğlunun CHP-nin İstanbul şəhər təşkilatının başqanı seçilməsi nəinki Türkiyə ictimaiyyətində, eləcə də, CHP-nin özündə ciddi narazılıqlara səbəb olub.

Partiyanın genəl başqanlığına namizədliyini irəli sürən tanınmış vəkili Ümit Kocasakal “Atatürkü qəbul etməyən, ona həqarət edənlər CHP-də ola bilməzlər” açıqlaması ilə çıxış edib.

Həmçinin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə AKP-nin TBMM-dəki qrup toplantısında çıxışı zamanı CHP-ni və Kaftancıoğlunu sərt sözlərlə tənqid edib.

Bundan sonra Kaftancıoğlu haqda cinayət işi qaldırılıb.
шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →