Ermənistanda seçkilər: Sarkisyanın yerinə Sarkisyan gəlir

 

Ermənistan prezidenti Serj Sarkisyan Respublika partiyasından növbəti prezidentliyə namizədin  Ermənistanın Böyük Britaniyadakı səfiri, keçmiş baş nazir Armen Sarkisyanın olduğunu bəyan edib.

Pressaz.com oxu.az-a istinadən xəbər verir ki, bu gün Ermənistan prezidentinin iqamətgahında onlar arasında görüş keçirilib.

A.Sarkisyan - Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan, Qazaxıstanda energetika, neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” korporasiyasının sahibidir.

Qeyd edək ki, Ermənistanın hazırkı lideri Serj Sarkisyanın prezidentlik müddəti aprelin 9-da başa çatır. Ermənistanda 7 il müddətinə hakimiyyətdə olacaq yeni prezident parlament tərəfindən seçiləcək. İlkin məlumatlara görə, prezident seçkiləri martın 2-də keçiriləcək.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →