Bakıda ana və bətnindəki uşaq dünyasını dəyişdilər

 

3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişdiyi bildirilir.

İlkin araşdırmanın nəticəsi olaraq, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülovanın uşağı onun bətnində bir həftə əvvəl öldüyü məlum olub.

Z. Əligülovanın hamiləlikdən gec xəbər tutduğu, bundan sonra uşağı düşürmək və hamiləliyi dayandırmaq üçün hansısa kimyəvi maddə qəbul etdiyi ehtimal edilir. Ana kimyəvi maddə qəbul etdikdən sonra uşaq ana bətnində ölüb. Bundan xəbərsiz olan ana bir həftə ərzində ölü dölü bətnində daşıyıb. Bir həftə sonra Z. Əligülova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmayıb. Belə ki, ananın qəbul etdiyi zəhərli maddələr onun bədəninə sovrulub. Ölümə də bu səbəb olub.

Ana öldükdən sonra döl çürümüş vəziyyətdə onun bətnindən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır. Ana və  uşaq ölümünün dəqiq səbəbi isə məhkəmə-kimyəvi ekspertizasının rəyindən sonra bilinəcək.

APA
шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →