Bakıda ağacları kəsdilər

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə Yasamal rayonu Ş. Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib. Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal rayon Polis İdarəsinə müraciət edilib.

Oxu.az
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →